Bakıda motoxuliqanlıq edən şəxs həbs olunub - VİDEO » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
06 
iy
2026
21:50
ff

Bakıda motoxuliqanlıq edən şəxs həbs olunub - VİDEO

06 iy, 2026
21:50
283

Bakıda motoxuliqanlıq edən şəxs həbs olunub - VİDEO

Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq motoxuliqanlıq edən və həmin görüntüləri sosial şəbəkədə paylaşan motosiklet sürücüsü polis əməkdaşları tərəfindən müəyyən edilib.

Sizinxeber.az xəbər verir ki, Xəzər Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı 21 yaşlı Zülfüqar Ağazadə saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Z. Ağazadə inzibati qaydada həbs edilib.

Bizimlə əlaqə saxlayın

×
×