04
iy
2026
19:50
yuxarı
Qazaxda maşın 67 yaşlı qadın piyadanı vurub
Qazaxda maşın 67 yaşlı qadın piyadanı vurub
Qazaxda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən rayon sakini 1959-cu il təvəllüdlü R.Məmmədovanı vurub.
Qadın dərhal xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır
Bizimlə əlaqə saxlayın
×
×
