Qəbələdə güclü leysan yağışlarından sonra evlərin həyətinə su dolub, yollarda hərəkət məhdudlaşıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
in
2026
19:50
ff

Qəbələdə güclü leysan yağışlarından sonra evlərin həyətinə su dolub, yollarda hərəkət məhdudlaşıb

28 in, 2026
19:50
168

Qəbələdə güclü leysan yağışlarından sonra evlərin həyətinə su dolub, yollarda hərəkət məhdudlaşıb

Qəbələdə güclü leysan yağışlarından sonra evlərin həyətinə su dolub.

Sizinxeber.az-nın Şirvan bürosu xəbər verir ki, günorta saatlarından başlayaraq leysan xarakterli yağışlar nəticəsində Qəbələnin Vəndam qəsəbəsində Qara çaydan sel keçib.

Nəticədə kəndin mərkəzində çay kənarında yerləşən Məscidin həyətinə, yeni tikilən yolun bir hissəsinə eləcə də çay kənarında yerləşən bağ və digər ərazilərə selin gətirdiyi lil yığılıb.

Sel yeni tikilən yolun bir hissəsini də tamamilə yararsız vəziyyətə salıb. Leysan yağışları ilə əlaqədar avtomobillərin hərəkətində çətinliklər yaranıb. Selin yaratdığı problemlərin aradan qaldırılması istiqamətində işlər aparılır.

Bizimlə əlaqə saxlayın

×
×