Avtoxuliqanlıq edib videosunu paylaşan sürücü həbs edilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
apr
2026
22:50
ff aaaaaaa

Avtoxuliqanlıq edib videosunu paylaşan sürücü həbs edilib

28 apr, 2026
22:50
741

Avtoxuliqanlıq edib videosunu paylaşan sürücü həbs edilib

Avtoxuliqanlıq edib videosunu sosial şəbəkədə paylaşan sürücü həbs edilib.

DİN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Yasamal RPİ-nin DYP Şöbəsinin əməkdaşları tərəfindən avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan “BMW” markalı nəqliyyat vasitəsinin sürücüsü Orxan Kamilli saxlanılıb.

Bildirilib ki, o, idarə etdiyi avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və etdiyi avtoxuliqanlıq hərəkətlərini “TikTok” sosial şəbəkəsində paylaşıb.

Sürücü barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə O. Kamillinin sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla o, 15 sutka inzibati qaydada həbs edilib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul