Ağdərə rayonunda mina partlayışı baş verib, Xocalı sakini xəsarət alıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
apr
2026
15:00
ff aaaaaaa

Ağdərə rayonunda mina partlayışı baş verib, Xocalı sakini xəsarət alıb

26 apr, 2026
15:00
993

Ağdərə rayonunda mina partlayışı baş verib, Xocalı sakini xəsarət alıb

Bu gün işğaldan azad edilmiş Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində mina hadisəsi baş verib.

Sizinxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb.

1967-ci il təvəllüdlü Xocalı rayonu Yenibinə kənd sakini Əhmədov Vüqar Salah oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul