Heydər Əliyev prospektində piyadanı maşın vurub - VİDEO » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
apr
2026
18:50
ff aaaaaaa

Heydər Əliyev prospektində piyadanı maşın vurub - VİDEO

23 apr, 2026
18:50
891

Heydər Əliyev prospektində piyadanı maşın vurub - VİDEO

Paytaxtın Heydər Əliyev prospektində piyadanı maşın vurub.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, hadisə bu gün günorta saatlarında Heydər Əliyev prospekti, mərkəz istiqamətində qeydə alınıb. Yerüstü piyada keçidinin bir neçə metrliyində çoxzolaqlı yolu keçmək istəyən piyadanı minik avtomobili vurub.

Qəzada xəsarət alan piyada yol polisi əməkdaşları tərəfindən "Yeni Klinika"ya çatdırılıb.

"Piyadalara tövsiyə olunur ki, qəzaların baş verməməsi, ölüm və xəsarət hallarının olmaması üçün piyada keçidlərindən istifadə etsinlər. Piyadalar diqqətli olmalı və sürücülərin onlara yol verdiyinə tam əmin olduqdan sonra yolu keçməlidirlər", NİİM-dən bildirilib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul