Yarım milyon manata yaxın mənimsəmədə ittiham olunan MMC direktoru Türkiyədən Azərbaycana ekstradisiya olunacaq
Daha bir təqsirləndirilən şəxs Türkiyədən Azərbaycana ekstradisiya olunacaq.
Baş Prokurorluğun mətbuat xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, "Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı Səfərova Zinyət Məmmədrəsul qızının ekstradisiyası ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş vəsatət Türkiyə Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru vəzifəsində işləyən Səfərova Zinyət Məmmədrəsul qızının digər MMC-nin 445 min manatdan artıq pul vəsaitini mənimsəməsi və həmin pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Məlumata görə, bu səbəbdən Zinyət Səfərovanın külli miqdarda mənimsəmə və cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair qərar qəbul olunub və o, istintaqdan yayınaraq gizləndiyinə görə İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan edilib.
"Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zinyət Səfərova Türkiyənin ərazisində saxlanılıb. Zinyət Səfərovanın ölkəmizə gətirilməsi istiqamətində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən tədbirlər görülür", - məlumatda deyilir.
Oxşar xəbərlər
445 min manat mənimsəmədə şübhəli bilinən qadın Türkiyədən Azərbaycana ekstradisiya olunacaq
Dələduzluqda təqsirləndirilən məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Beynəlxalq axtarışa verilən məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Azərbaycanın axtarışa verdiyi şəxs Albaniyadan ekstradisiya olunacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Milli Məclis hərbçilərlə bağlı qərar qəbul edib
-
AFFA uşaq psixologiyası və motivasiya mövzusunda onlayn seminar təşkil edib
-
Elnur Məmmədov: Bakı və Kito neft və enerji sahələrində əməkdaşlığı müzakirə edir
-
"AzerGold" qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıb
-
DYP sürücü və piyadaları məsuliyyətli olmağa çağırıb
-
Elnur Məmmədov: Azərbaycan Ekvadorun Mərkəzi Asiya ölkələrinə ixracı üçün logistik hab olmağa hazırdır
