Dələduzluqda təqsirləndirilən məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
16 
apr
2026
09:50
0
0
1 039
ff aaaaaaa

Dələduzluqda təqsirləndirilən məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib

16 apr, 2026
09:50
1 039

Dələduzluqda təqsirləndirilən məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib

«Ekstradisiya haqqında» 13 dekabr 1957-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı Hüseynova Sevinc Əlisəfa qızının ekstradisiyası ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş vəsatət Türkiyə Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.

Bu barədə Sizinxeber.az-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhərinin Suraxanı rayon prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə məktəb direktoru vəzifəsində işləyən Hüseynova Sevinc Əlisəfa qızının qulluq mövqeyindən istifadə etməklə dələduzluq yolu ilə bir neçə şəxsin ümumilikdə 69 min manat məbləğində pulunu ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Bu səbəbdən Sevinc Hüseynovanın qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla, təkrar törədilməklə dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair qərar qəbul olunub və o, istintaqdan yayınaraq gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sevinc Hüseynova Türkiyənin ərazisində saxlanılıb.

Sevinc Hüseynovanın ölkəmizə gətirilməsi istiqamətində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən tədbirlər görülür.

Eyni zamanda, Baş Prokurorluq axtarışda olan şəxslərin xarici ölkələrdə müəyyən edilməsi və onların Azərbaycan Respublikasına gətirilməsi məqsədilə xarici tərəfdaş qurumlarla, o cümlədən Interpol ilə sıx əməkdaşlığı davam etdirir.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul