FHN Bakıda minik avtomobilinin tam yanmasının qarşısını alıb - VİDEO » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
15 
apr
2026
21:50
0
0
1 087
ff aaaaaaa

FHN Bakıda minik avtomobilinin tam yanmasının qarşısını alıb - VİDEO

15 apr, 2026
21:50
1 087

FHN Bakıda minik avtomobilinin tam yanmasının qarşısını alıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Sizinxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə zamanı xəsarət alan olmayıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul