Bakıda binada partlayış olub, ölən və xəsarət alanlar var » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
14 
apr
2026
16:50
0
0
1 368
ff aaaaaaa

Bakıda binada partlayış olub, ölən və xəsarət alanlar var

14 apr, 2026
16:50
1 368

Bakıda binada partlayış olub, ölən və xəsarət alanlar var

Bakıda binada partlayış olub.

Sizinxeber.az-nın əldə etdiyi məlumata görə, hadisə Nəsimi rayonu 4-cü mikrorayon ərazisində baş verib.

Partlayış evdə kondisionerin təmiri zamanı qeydə alınıb. İlkin məlumata görə, partlayış kondisionerə qaz vurulması zamanı olub. Ölən şəxsin usta olduğu bildirilir.

TƏBİB-dən Sizinxeber.az-nın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 14:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisindən çağırış qeydə alınıb.

Qeyd edilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub: "Təcili tibbi yardım briqadası tərəfindən 34 yaşlı şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb. Hadisə nəticəsində daha iki nəfərə - 40 yaşlı (kişi) və 29 yaşlı (qadın) şəxsə yerində tibbi yardım olunub".

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul