Sumqayıtda dəm qazından zəhərlənən uşaqlardan daha ikisi xəstəxanadan evə buraxılıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
14 
apr
2026
14:00
0
0
1 008
ff aaaaaaa

Sumqayıtda dəm qazından zəhərlənən uşaqlardan daha ikisi xəstəxanadan evə buraxılıb

14 apr, 2026
14:00
1 008

Sumqayıtda dəm qazından zəhərlənən uşaqlardan daha ikisi xəstəxanadan evə buraxılıb

Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında müalicəsi davam etdirilən daha 2 nəfər (kişi cinsli) ambulator müalicə üçün evə buraxılıb.

Bu barədə Sizinxeber.az-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında müalicəsi davam etdirilən və meninqoensofalit diaqnozu təyin edilən 1 nəfərin (qadın cinsli) vəziyyəti isə ağır stabil olaraq qalır.

Qeyd edək ki, Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən yaşayış evində bir ailənin 6 azyaşlı övladı dəm qazından zəhərlənib. Aprelin 1-i Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasına 6 nəfər (4 kişi, 2 qadın cinsli) hospitalizasiya olunub. Xəstəxanasına hospitalizasiya olunan 2024-cü il təvəllüdlü azyaşlının (qadın cinsli) aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 04.04.2026-cı il tarixində saat 05:10 radələrində bioloji ölüm faktı qeydə alınıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul