Bakıda 53 yaşlı qadın doğuş zamanı ölüb - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
16 
mar
2026
14:00
ff aaaaaaa

Bakıda 53 yaşlı qadın doğuş zamanı ölüb - YENİLƏNİB

16 mar, 2026
14:00
601

Bakıda 53 yaşlı qadın doğuş zamanı ölüb - YENİLƏNİB

Martın 10-da 1973-cü il təvəllüdlü şəxs Sabunçu Tibb Mərkəzinin nəzdində olan 2 saylı Doğum Evinin Patologiya şöbəsinə süni mayalanmadan (EKM) sonrakı hamiləlik, 34 həftə 4 günlük hamiləlik, vaxtından əvvəl doğuş təhlükəsi səbəbilə hospitalizasiya olunub. Pasiyentin kliniki, laborator müayinələri aparılıb, hipotenziv müalicə fonunda nəzarətdə saxlanılıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, Sabunçu Tibb Mərkəzindən məlumat verilib.

Bildirilib ki, 14 mart tarixində saat 10:00 radələrində döl sularının axması səbəbilə xəstə əməliyyat blokuna köçürülüb və saat 10:30-da əməliyyata götürülüb: "Əməliyyat zamanı çəkisi 2 100 qram, boyu 47 sm. olan oğlan, çəkisi 2 050 qram, boyu 46 sm. olan qız dünyaya gəlib. Hər iki yenidoğulmuş Apqar şkalası üzrə 7/7 balla qiymətləndirilib. Zahı qadın Reanimasiya şöbəsinə köçürülüb. Əməliyyatdan 2 saat sonra hipotonik qanaxma baş verib, müvafiq müalicə tədbirləri görülüb. Daha sonra relaparotomiya və uşaqlığın ekstirpasiyası əməliyyatı icra olunub.

15 mart tarixində saat 01:30 radələrində xəstənin vəziyyəti qəfil pisləşib, boğulma, sianoz (göyərmə) və tənəffüs çatışmazlığı müşahidə olunub. Aparılan intensiv reanimasiya tədbirlərinə baxmayaraq, saat 02:30 radələrində xəstədə bioloji ölüm faktı qeydə alınıb".

Gülcahan İmanqızı

***

12.32

Bakıda ana doğuş zamanı ölüb.

APA xəbər verir ki, hadisə martın 15-də baş verib.

Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Mətanət Mirzəyevanın Sabunçu rayonu 2 saylı Doğum evində doğuş zamanı öldüyü bildirilir.

Araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul