Lənkəranda hasarın uçması nəticəsində bir nəfər dağıntı altında qalaraq xəsarət alıb - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Lənkəran şəhərində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
APA FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, vətəndaş - 1964-cü il təvəllüdlü Babayeva Brilyant Davud qızının fərdi yaşayış evinin beton piltədən ibarət hasarının uçması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dağıntı altında köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər tərəfindən xüsusi vasitələrin tətbiqi ilə həyata keçirilən operativ tədbirlər nəticəsində B.Babayeva xilas olunaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
Oxşar xəbərlər
FHN: Sumqayıtda köməksiz vəziyyətdə qalmış vətəndaş xilas edilib - VİDEO
Şuşa-Laçın yolunda qəza olub
Şuşa-Laçın yolunda yük maşını aşıb, xəsarət alan var - VİDEO
FHN: Avtomobildə sıxılı vəziyyətdə qalan şəxs xilas edilib - VİDEO
Qubadlıda yük maşını aşıb, xəsarət alan var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













