Sizinxeber.az » Cəmiyyət » Hadisə » Aşağı Güzdək qəsəbəsində boya zavodunda yanğın söndürülüb- FOTO - YENİLƏNİB-5 - VİDEO

Aşağı Güzdək qəsəbəsində boya zavodunda yanğın söndürülüb- FOTO - YENİLƏNİB-5 - VİDEO

Aşağı Güzdək qəsəbəsində boya zavodunda yanğın söndürülüb.

Bu barədə APA-nın hadisə yerində olan əməkdaşı xəbər verir.

FHN-in Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, Nazirliyin qüvvələri tərəfindən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodundakı yanğın tam söndürülüb. Yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin ümumilikdə 20 ədəd texnika və 100 nəfərdən artıq canlı qüvvəsi iştirak edib. Yanğın nəticəsində ərazidə olan 11 ədəd tikilidən ümumi sahəsi təxminən 1000 kv.m. olan 2 ədəd obyekt yanıb, ümumi sahəsi təxminən 3500 kv.m. olan digər 9 ədəd obyekt yanğından mühafizə olunub.

***

13.43

Havanın güclü küləkli olmasına və yanğının mürəkkəbliyinə baxmayaraq, Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin yüksək peşəkarlığı və yanğınsöndürənlərin fərdi şücaəti sayəsində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən boya istehsalı zavodundakı yanğın daha da genişlənərək digər obyektlərə keçməsinə imkan verilmədən məhdudlaşdırılıb.

APA xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında bildirilib: "Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir. Əlavə məlumat veriləcək".

***

13.36

Aşağı Güzdək qəsəbəsində boya zavodunda baş verən yanğın məhdudaşdırılıb.

APA-nın hadisə yerində olan əməkdaşı xəbər verir ki, hazırda yanğının tam söndürülməsi istiqamətində işlər görülür.

***

12.38

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən boya istehsalı zavodundakı yanğınla mübarizə tədbirləri davam etdirilir.

Bu barədə APA-ya FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğının söndürülməsi üçün ərazidə kifayət qədər texnika və canlı qüvvə fəaliyyət göstərir.

Havanın güclü küləkli olması yanğının söndürülməsi işlərini çətinləşdirsə də ərazinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir.

***

12:13

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi sayəsində yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

12.08

Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən boya istehsalı zavodunda yanğının söndürülməsi üçün tədbirlər görülür.

APA-nın hadisə yerində olan əməkdaşı xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yanğının söndürülməsi istiqamətində tədbirləri davam etdirirlər.

***

11.06

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, Abşeron rayonu Güzdək qəsəbəsində yerləşən boya istehsalı müəssisəsində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları, eləcə də dövlət yol polisinin naryadları hadisə yerinə cəlb edilib. Polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik və digər zəruri tədbirlər görülür.

Foto - İlkin Nəbiyev ©️ APA GROUP

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !