Ermənistanın hücumları nəticəsində Laçında yaralanmış şəxs: İşğal zamanı qəbirlərin başdaşıları dağıdılıb, meyitlərin qızıl dişləri çıxarılıb
Avqustun 22-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Muxtar Həşimov Laçının Cicimli kəndinin işğalı zamanı qəbirlərin başdaşılarının dağıdıldığını, meyitlərin qızıl dişlərinin çıxarıldığını bildirib.
APA xəbər verir ki, Muxtar Həşimov 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Laçın rayonunun Cicimli kəndindən məcburi köçkün düşdüyünü söyləyib: “Hələ 1989-cu ildə kəndimizdə çoban Mehdi Məhəmmədovu heyvan otardığı zaman qətlə yetirmişdilər. 1992-ci ildə isə kəndimizi ən müasir silahlardan atəşə tuturdular, aramsız mərmi yağdırırdılar. Həmin vaxt mən və körpə qızım ayağımızdan yaralanmışıq”.
“Qəbiristanlıqda qəbirlərimizin başdaşıları dağıdılıb, ata-ababalarımızın qızıl dişləri qarət olunub. Tarixi-dini abidələrimiz talanıb”, - deyə o əlavə edib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.


width="220" alt="Ermənistan Ordusunun hücumları nəticəsində Laçında yaralanmış şəxs: Qəbirlərin başdaşıları dağıdılıb, meyitlərin qızıl dişləri çıxarılıb" />
width="220" alt="Məhkəmədə Laçının Ermənistan tərəfindən işğalı ilə bağlı videomaterial nümayiş etdirilib" />
width="220" alt="Xocalı soyqırımı zamanı Ermənistan ordusu tərəfindən girov götürülmüş azərbaycanlı: Həyat yoldaşımın başını kəsdilər" />
width="220" alt="Ermənistan ordusunun Laçına hücumu zamanı zərər çəkmiş şəxs: Ailəmizin dörd üzvü top atəşləri nəticəsində həlak oldu" />
width="220" alt="Ermənistan hərbçilərinin Xocalıya hücumu zamanı girov götürülmüş şəxs: Bıçağı uşaqlarımın boğazına söykəməklə mənə iztirab verirdilər" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />