Ağcabədidə maye qazdoldurma məntəqəsində yanğın olub, xəsarət alanlar var - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ağcabədi rayonu, Aşağı Avşar kəndi ərazisində fəaliyyət göstərən maye qazdoldurma məntəqəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə "Sizinxeber.az"a FHN-dən bildirilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağcabədi rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının məntəqənin ərazisində yerləşən ofisdə baş verdiyi və maye qazla dolu çənə keçmə riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək yanacaqdoldurma məntəqəsinin ərazisinə yayılmasına və yanacaq çəninə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 16 m² ofisin yanar konstruksiyaları yanıb. Vətəndaşlar - 1979-cu il təvəllüdlü Qurbanov Ruslan İslam oğlu, 1988-ci il təvəllüdlü Şükürov Samir Hüseyn oğlu və 2013-cü il təvəllüdlü Şükürov Ramil Samir oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.
Ərazisdəki digər tikililər və həcmi 20 kub.m. olan maye qazla dolu çən yanğından mühafizə olunub.
Ağcabədi rayonunda maye qazdoldurma məntəqəsində partlayış olub.
"Sizinxeber.az"un Qarabağ Bürosunun əldə etdiyi məlumata görə, hadisə Mingəçevir - Bəhrəmtəpə magistral yolunun Ağcabədi rayonunun Aşağı Avşar kəndindən keçən hissəsində fəaliyyət göstərən məntəqədə qeydə alınıb. Partlayış zamanı 3 nəfər; Samir Hüseyn oğlu Şükürov, Ruslan İslam oğlu Qurbanov və Samir Ramil oğlu Şükürov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Onlardan biri reanimasiyaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.



width="220" alt="Ağcabədidə maye qazdoldurma məntəqəsində partlayış olub, xəsarət alanlar var - YENİLƏNİB" />
width="220" alt="Ağcabədidə maye qazdoldurma məntəqəsində yanğın olub, üç nəfər xəsarət alıb - VİDEO" />
width="220" alt="Sumqayıtda sexdə yanğın olub" />
width="220" alt="Sabunçu bazarında yanğın olub" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />