Masallıda su anbarında batan 67 yaşlı kişinin meyiti tapılıb - YENİLƏNİB-2 - FOTO - VİDEO
Avqustun 20-də Masallı rayonunun İsi kəndi yaxınlığında Viləşçay su anbarında 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Axtarışlar nəticəsində su anbarında batmış 1959-cu il təvəllüdlü Aslanov Mirmusa Güləhməd oğlunun meyiti bu gün suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
18.16
Masallıda Viləşçay su anbarında batan 67 yaşlı kişinin meyiti tapılıb.
Sizinxeber.az-nın cənub bürosunun verdiyi xəbərə görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasedicilərinin axtarışları nəticəsində 67 yaşlı Mirmusa Aslanovun meyiti Viləşçay su anbarında aşkarlanıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
***
12.48
Masallıda su anbarında batan şəxsin axtarışı davam etdirilir.
Sizinxeber.az-nın cənub bürosunun verdiyi xəbərə görə, suda batan şəxsin Masallı rayonunun İsi kənd sakini 1958-ci il təvəllüdlü Mirmusa Güləhməd oğlu Aslanov olduğu ehtimal edilir.
Məlumata görə, M.Aslanov ötən gün saat 18:00 radələrində evdən çıxaraq özünə məxsus mal-qaranın ardınca gedib. Dünəndən ondan heç bir xəbər olmayıb. Kənd sakinlərinin axtarışı nəticəsində M.Aslanovun geyim əşyaları su anbarının yanında tapılıb. Onun su anbarında batdığı ehtimal olunur.
Rayonun Qəriblər kəndindəki Viləşçay su anbarında axtarışlara FHN-nin dalğıc-axtarış qrupunun əməkdaşları cəlb olunub.
***
08.27
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Masallı rayonunun İsi kəndi yaxınlığında Viləşçay su anbarında 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.
Sizinxeber.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Viləşçay su anbarında batan 67 yaşlı kişinin meyiti tapılıb - YENİLƏNİB
Masallıda su anbarında batan 67 yaşlı kişinin meyiti tapılıb - YENİLƏNİB-1 - FOTO - VİDEO
Mərdəkanda dənizdə batan 18 yaşlı oğlanın meyiti tapılıb
Qəbələdə Nohur gölündə batan 40 yaşlı kişinin meyiti tapılıb
Mingəçevir su anbarında batan şəxsin meyiti tapılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












