Bakıda tullantılar yığılmş sahədə yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB-1
sizinxeber.az xəbər saytı

Bakıda tullantılar yığılmş sahədə yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB-1


Bakıda tullantılar yığılmş sahədə yanğın söndürülüb.

FHN-in Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonu, Ə.Şıxlinski küçəsində tullantılar yığılmış sahədə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində təkər və məişət tullantıları yığılmış ərazidə baş vermiş yanğın hava şəraitinin küləkli və yayılma riskinin yüksək olmasına baxmayaraq genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 300 kv.m. sahədə təkər və məişət tullantıları yanıb.

Yaxınlıqda yerləşən avtomobil təmiri sexi və fərdi yaşayış evi yanğından mühafizə olunub.

***

17.15

Bakının Xətai rayonu Ə.Şıxlinski küçəsində tullantılar yığılmş sahədə baş vermiş yanğınla əlaqədar polis əməkdaşları, eləcə də dövlət yol polisinin naryadları hadisə yerinə cəlb edilib.

Sizinxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

"Polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür, sürücülərə alternativ yollarla hərəkət etmələri barədə istiqamətlər verilir", məlumatda deyilir.

***

17.02

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Ə.Şıxlinski küçəsində tullantılar yığılmş sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Oxşar xəbərlər

Bakıda tullantılar yığılan sahədə baş verən yanğın söndürülüb - YENİLƏNİB-2
Xətaidə təkər tullantıları yığılmış yerdə yanğın olub
Ağdamda açıq ərazidə baş verən yanğın söndürülüb - VİDEO
Hacıqabulda ev yanıb - VİDEO
Qazaxda xalça sexinin ərazisində yanğın baş verib - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər