Xocalı soyqırımı zamanı Ermənistan ordusunun girov götürdüyü azərbaycanlı: Həyat yoldaşımın başını kəsdilər
Avqustun 21-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində zərərçəkmiş şəxs Rəhilə Hacıyeva ifadə verərək 1992-ci ilin fevral ayında Xocalı soyqırımı zamanı ailə üzvləri ilə birlikdə girov götürüldüyünü deyib.
"Report" xəbər verir ki, Rəhilə Hacıyeva əvvəllər Xankəndidə yaşadıqlarını bildirib.
O qeyd edib ki, 1988-ci ildə Xankəndidə azərbaycanlılara qarşı təzyiqlər başlayanda məcbur olub Şuşaya, oradan da Xocalıya köçüblər. Xocalı faciəsi zamanı isə Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən girov götürülüblər.
Zərərçəkmiş şəxs həyat yoldaşının döyüşlərdə iştirak etdiyini, ermənilərin onun qətli üçün pul mükafatı ayırdığını bildirib: “Həyat yoldaşımın başını kəsdilər. On yaşlı qızımı ikinci mərtəbədən atdılar, ayağı sındı. Bizə girovluqda çoxlu əzab-əziyyət verdilər”.
Rəhilə Hacıyeva ifadəsində Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən Xankəndi sakini Cəlil kişinin hamilə gəlininin qarnının bıçaqla yarılaraq körpəsinin çıxarıldığını da söyləyib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.


width="220" alt="Ermənistan silahlı qüvvələrinin Xocalıda girov götürdüyü şəxs: Bıçağı uşaqlarımın boğazına söykəməklə mənə iztirab verirdilər" />
width="220" alt="Xocalı soyqırımı zamanı girov götürülmüş zərərçəkən: Gitara ifaçısı olduğumu biləndən sonra dırnaqlarımı çıxardılar, barmaqlarımı sındırdılar" />
width="220" alt="Xocalı soyqırımı zamanı körpə övladları ilə girov götürülmüş qadın: Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı" />
width="220" alt="Kəlbəcərdə girov götürülən zərərçəkmiş: Ermənistan ordusunun hərbçiləri 23 nəfəri gözümün qarşısında diri-diri basdırdılar" />
width="220" alt="Ermənistan hərbçilərinin hücumları nəticəsində zərərçəkmiş şəxs: Qətlə yetirilmiş qardaşımın nəşi indiyədək tapılmayıb" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />