Bakıda insidentlə bağlı saxlanılan ictimai fəal Əhməd Məmmədlinin məhkəməsi başlayıb
Bakıda baş verən insidentlə bağlı saxlanılan ictimai fəal Əhməd Məmmədlinin cinayət işi ilə bağlı məhkəmənin hazırlıq iclası keçirilib.
Sizinxeber.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Ə.Məmmədlinin vəkili Elçin Sadıqov məhkəməyə vəsatət verərək cinayət işinə xitam verilməsini və müdafiə etdiyi şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş edib.
Vəsatətlər təmin edilməyib.
Prosesdə cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.
Baxış iclası sentyabrın 3-nə təyin edilib.
Qeyd edək ki, Əhməd Məmmədlinin Biləcəridə baş verən insidentlə bağlı saxlanıldığı bildirilir. İttihama görə, mayın 6-da 1988-ci il təvəllüdlü Dünyamalıyev Vüqar Rasim oğluna Biləcəri qəsəbəsi R. İsmayılov küçəsində qarın boşluğundan bıçaqla xəsarətlər yetirilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin 2001-ci il təvəllüdlü Məmmədli Əhməd Vüqar oğlu olduğu müəyyən edilib və o, saxlanılıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılıb. Hadisəyə taksidə yer üstündə mübahisənin səbəb olduğu bildirilib. Əhməd Məmmədli barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Bakıda insidentlə bağlı saxlanılan ictimai fəal Əhməd Məmmədli həbs olunub
Anar Məmmədlinin məhkəməsi başlayıb
Anar Məmmədlinin məhkəməsi keçirilib
Sabirabadda qadını öldürməkdə təqsirləndirilən yeniyetmənin məhkəməsi başlayıb
Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Oyun zamanı meydançada öldü
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir












