AQTA: Şəmkirdə 20 nəfərin zəhərləndiyi kafenin fəaliyyəti məhdudlaşdırılıb
Şəmkir rayonunda baş verən hadisə ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) regional bölməsi aidiyyəti qurumlarla birgə araşdırmalara başlayıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.
Bildirilib ki, ilkin araşdırmalar nəticəsində hadisəyə Şəmkir-Qazax magistralında fəaliyyət göstərən Əhmədov Bəxtiyar Abbas oğluna məxsus “Almalı” kafedən alınan dönər məhsulunun səbəb olduğu müəyyən edilib.
Agentliyin mütəxəssisləri iaşə müəssisəsində müvafiq yoxlamalara başlayıb, qida və səthlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Laborator analizlərin sınaq nəticələrinə əsasən hadisənin dəqiq başvermə səbəbi məlum olacaq.
İaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam edir.
Oxşar xəbərlər
Şəmkirdə 20 nəfərin zəhərləndiyi kafenin fəaliyyəti məhdudlaşdırılıb
Tovuzda zəhərlənmə baş verən ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Tovuzda qidadan zəhərlənən 36 nəfər evə buraxılıb
"Naftalan"ın fəaliyyəti məhdudlaşdırılıb, araşdırmalara başlanıb
AQTA: Azərbaycana gətirilən Rusiya istehsallı bitki yağı partiyalarında uyğunsuzluq aşkarlanmayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər – Vacib açıqlama
-
Laçında Müstəqillik Gününə həsr olunan konsert keçirilib
-
"Brent" markalı neft 3 %-dən çox bahalaşıb
-
Azərbaycan üzərindən Rusiyadan Ermənistana 126 ton karbamid, 67 ton un göndərilib
-
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 126 ton karbamid, 67 ton un göndərilib
-
Adolfo Urso: "SOCAR-ın IP-yə investisiyaları İtaliyanın enerji potensialını gücləndirir"
