Sumqayıtda silahlı insident törədən şəxsi saxlanılıb
Avqustun 19-da Sumqayıt şəhəri ərazisində silahlı insidentlə müşayiət olunan və ictimai asayişin kobud şəkildə pozulması ilə nəticələnən xuliqanlıq hadisəsin baş verməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, hadisə zamanı Abşeron rayon sakini 35 yaşlı İlkin Seyidzadə aralarında yaranan şəxsi münaqişə zəminində tanışı Sumqayıt şəhər sakini 43 yaşlı Mahir Məmmədovu döyüb. Daha sonra M.Məmmədov özündə olan ov tüfəngi ilə atəş açaraq İ.Seyidzadəyə məxsus “Toyota Prado” markalı avtomobilin təkərlərini yararsız hala salıb və silahla nəqliyyat vasitəsinin ön qapısını əzərək onun maşından düşməsini tələb edib.
M.Məmmədov Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və ondan 1 ədəd hadisəni törədən zamanı istifadə etdiyi tüfəng aşkar olunaraq götürülüb. İ.Seyidzadənin M.Məmmədovu döyməsi faktı ilə bağlı da əlavə araşdırma aparılır.
APA-nın əldə etdiyi məlumata görə, insidentdə iştirak edən hər iki şəxs 2-ci Qarabağ müharibəsi qazisidir.
Oxşar xəbərlər
Sumqayıtda silahlı insident törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
Tərtərdə silahla insident törədən şəxs həbs edilib
Sumqayıtda avtobus sürücüsü döyülüb
Sumqayıtda dələduzluqda 95 min manat ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Sumqayıtda bıçaqlanma olub - YENİLƏNİB 1
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər – Vacib açıqlama
-
Laçında Müstəqillik Gününə həsr olunan konsert keçirilib
-
"Brent" markalı neft 3 %-dən çox bahalaşıb
-
Azərbaycan üzərindən Rusiyadan Ermənistana 126 ton karbamid, 67 ton un göndərilib
-
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 126 ton karbamid, 67 ton un göndərilib
-
Adolfo Urso: "SOCAR-ın IP-yə investisiyaları İtaliyanın enerji potensialını gücləndirir"
