Qazaxda itkin düşmüş şəxsin istintaq yolu ilə qəsdən öldürüldüyü müəyyən olunub
Ötən illərdən bağlı qalmış cinayət işlərinin üstünün açılması, o cümlədən itkin düşmüş şəxslərlə bağlı faktların araşdırılması məqsədilə Baş Prokurorluq tərəfindən kompleks tədbirləri həyata keçirilir.
Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"a bildirilib ki, həyata keçirilən tədbirlərin davamı olaraq, 5 ay əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi faktı müəyyən olunub.
Belə ki, Qazax rayonunun Aşağı Salahlı kənd sakini, 2000-ci il təvəllüdlü Tamerlan Sadıqovun cari il martın 20-də itkin düşməsi faktı üzrə Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Prokurorluq tərəfindən icra olunan çoxsaylı istintaq hərəkətləri, verilmiş əməliyyat tapşırıqları və digər prosessual hərəkətlər nəticəsində Tamerlan Sadıqovun həmkəndlisi, 1998-ci il təvəllüdlü Xaliq Məmmədrzayev tərəfindən qəsdən öldürüldükdən sonra fərdi yaşayış evinin həyətində basdırılmasına əsaslı şübhələr müəyyən olunub.
T.Sadıqovun meyiti basdırıldığı yerdən qazılaraq çıxarılıb və aidiyyəti üzrə müayinənin aparılması üçün ekspertizaya təqdim edilib.
Xaliq Məmmədrzayev avqustun 20-də cinayət işi üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə istintaq davam etdirilir.
Oxşar xəbərlər
Qazaxda 5 ay əvvəl itkin düşmüş şəxsin qəsdən öldürüldüyü müəyyən olunub
Saatlıda qətl törətməkdə şübhəli sayılan ata və oğlu saxlanılıb
Lerikdə itkin düşən şəxsin qəsdən öldürüldüyü məlum olub - BİRGƏ MƏLUMAT - YENİLƏNİB
Bərdədə tapılan 15 yaşlı qızın meyitində xəsarət izləri aşkar edilib, cinayət işi açılıb - YENİLƏNİB
Lerikdə itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən olunub - BİRGƏ MƏLUMAT
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













