Gəncədə avtomobilin aptekə çırpılması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB
Gəncə şəhərində avtomobilin aptekə çırpılması nəticəsində xəsarət alanların vəziyyəti məlum olub.
Bu barədə "Sizinxeber.az"un Qərb bürosuna TƏBİB-dən məlumat verilib.
Bldirilib ki, avqustun 20-də saat 00:40 radələrində 2 qadın, iki kişi olmaqla 4 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif növ yüngül bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Qeyd edək ki, 2 avtomobil toqquşduqdan sonra onlardan biri idarəetmədən çıxaraq yol kənarındakı aptekə çırpılıb.
Faktla bağlı araşdırma aparılır.
Gəncədə idarəetmədən çıxan avtomobil aptekə çırpılıb, xəsarət alanlar var.
“Sizinxeber.az”un Qərb bürosunun məlumatına görə, Nizami Gəncəvi prospektində iki avtomobilin toqquşmasından sonra nəqliyyat vasitələrindən biri idarəetmədən çıxaraq yol kənarındakı aptekə çırpılıb.
Qəza nəticəsində 1994-cü il təvəllüdlü Ə. Məmmədli, 1992-ci il təvəllüdlü A. Məmmədova, 2004-cü il təvəllüdlü G. Məmmədova və bir azyaşlı xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Gəncədə idarəetmədən çıxan avtomobil aptekə çırpılıb, xəsarət alanlar var
Samuxda yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
Yevlaxda yol qəzasında xəsarət alanların son durumu açıqlanıb - YENİLƏNİB-2
Cəlilabadda avtomobilin kanala aşması nəticəsində xəsarət alanların son durumu açıqlanıb - YENİLƏNİB
TƏBİB Şəmkirdə 7 nəfərin öldüyü avtomobil qəzasında xəsarət alanların vəziyyəti ilə bağlı məlumat yayıb - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər – Vacib açıqlama
-
Laçında Müstəqillik Gününə həsr olunan konsert keçirilib
-
"Brent" markalı neft 3 %-dən çox bahalaşıb
-
Azərbaycan üzərindən Rusiyadan Ermənistana 126 ton karbamid, 67 ton un göndərilib
-
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 126 ton karbamid, 67 ton un göndərilib
-
Adolfo Urso: "SOCAR-ın IP-yə investisiyaları İtaliyanın enerji potensialını gücləndirir"
