Azərbaycanın Gürcüstanla sərhədini pozmağa cəhd edən Banqladeş vətəndaşları saxlanılıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın Gürcüstanla sərhədini pozmağa cəhd edən Banqladeş vətəndaşları saxlanılıb


Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıblar.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Sizinxeber.az-ya verilən xəbərə görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində 2 (iki) nəfər Banqladeş Xalq Respublikası vətəndaşı – 1985-ci il təvəllüdlü Mon Pabon Chandra və 2001-ci il təvəllüdlü MD Raju dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Oxşar xəbərlər

Azərbaycan sərhədini pozmağa cəhd göstərən İraq vətəndaşı saxlanılıb
Azərbaycanın İranla sərhədini pozmaq istəyən Əfqanıstan vətəndaşları saxlanılıb
Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərən Banqladeş vətəndaşları saxlanılıb
İranla sərhədi pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Dövlət sərhədini pozmağa cəhd göstərən Əlcəzair vətəndaşları saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər