Gəncədə yetkinlik yaşına çatmayan şəxsin öldürülməsi faktı üzrə cinayət işi başlanıb
sizinxeber.az xəbər saytı

Gəncədə yetkinlik yaşına çatmayan şəxsin öldürülməsi faktı üzrə cinayət işi başlanıb


Gəncə şəhəri ərazisində avqustun 19-da saat 21 radələrində yetkinlik yaşına çatmayan K.N-nin (şərti) öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Report"a Gəncə șəhər prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırmalarla yetkinlik yaşına çatmayan R.B-nin (şərti) șəhərin Dəmiryolu vağzalı adlanan ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək K.N-ni (şərti) qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə șəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, R.B (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Oxşar xəbərlər

Sabunçuda yetkinlik yaşına çatmayan şəxsin ölməsi faktı üzrə cinayət işi başlanıb
Gəncədə yetkinlik yaşına çatmayan şəxsin öldürülməsi ilə bağlı cinayət işi başlanılıb
Xəzər rayonunda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb
Binədə 52 yaşlı kişi qətlə yetirilib
Qobustanda ər arvadını öldürməkdə şübhəli bilinir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər