Yevlaxda kran-drezinlə toqquşan avtomobilin sürücüsü ölüb
sizinxeber.az xəbər saytı

Yevlaxda kran-drezinlə toqquşan avtomobilin sürücüsü ölüb


Yevlaxda kran-drezinlə toqquşan avtomobilin sürücüsü ölüb.

"Sizinxeber.az" xəbər verir ki, avqustun 12-də 1971-ci il təvəllüdlü Quliyev Fərman Süleyman oğlu idarə etdiyi “Mecane” markalı avtomobillə Yevlax-Bərdə dəmir yolu xəttinin 22-ci kilometrliyi piket 8-də dəmir yolu xəttinin üzərində kran-drezinlə toqquşub.

Sürücü Bərdə şəhər diaqnostika mərkəzinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq o, ötən gün ölüb.

Faktla bağlı Yevlax stansiyası xətt polis şöbəsinin istintaq və təhqiqat qrupunda cinayət işi başlanaraq istintaq aparılır.

MƏLUMAT YENİLƏNİR...

Oxşar xəbərlər

Yevlaxda avtomobillər toqquşub, ölən və xəsarət alan var 
Yevlaxda avtomobil "Muravey"lə toqquşub, ölən var
Bakıda avtomobilin vurduğu piyada ölüb
Yevlax–Bərdə dəmir yolunun tikintisinin başa çatma müddəti açıqlanıb
Yevlaxda yeniyetmə qida zəhərlənməsindən öldü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər