Zəngilanda avtomobillə qəsdən adam vurub öldürən sürücü saxlanılıb
sizinxeber.az xəbər saytı

Zəngilanda avtomobillə qəsdən adam vurub öldürən sürücü saxlanılıb


Zəngilanda polis avtomobillə qəsdən adam vurub öldürən sürücünü saxlayıb.

“Report”un əldə etdiyi məlumata görə avqustun 18-də rayonun Ağalı kəndində yerli sakin, 1971-ci il təvəllüdlü Elman Zeynalovun işlədiyi avtoyuma məntəqəsinin qarşısında “Ford Tranzit” markalı yük maşını ilə vurulması və xəstəxanaya aparılan zaman yolda ölməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən avtomobilin sürücüsü 1980-cı il təvəllüdlü Elçin Abdullayev iş üzrə şübhəli şəxs qismində saxlanılaraq istintaqa təqdim edilib. İlkin məlumata görə, hadisə qəsdən və şəxsi münasibətlər zəminində baş verib.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Zəngilanda maşınla qəsdən adam vurub öldürən sürücünü polis saxlayıb
Yevlaxda avtomobillə qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB
Cəbrayılın 44 yaşlı sakini döyülərək öldürülüb, saxlanılan var - YENİLƏNİB
Yevlaxda avtomobillə qəsdən adam öldürən şəxs saxlanılıb
Yevlax sakini qəsdən vurularaq öldürülüb, saxlanılan var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər