Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər həbs edilib- VİDEO - YENİLƏNİB
Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə polis tərəfindən saxlanılan 3 əcnəbi barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı stintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.
APA xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub. Müvafiq qərarla saxlanılanların hər biri barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
***
12.08
Avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.
DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.
Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.
Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Oxşar xəbərlər
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər saxlanılıb, cinayət işi başlanılıb - VİDEO
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə cinayət işi başlanılıb - YENİLƏNİB
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər həbs olunub
DTX-nın keçirdiyi əməliyyatda saxlanılan Qaxın sabiq icra başçısı Musa Şəkiliyev həbs olunub
Meydan TV” əməkdaşları və daha bir neçə nəfər həbs olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













