Beynəlxalq axtarışa verilən Tacikistan vətəndaşı ölkəsinə qaytarılıb
sizinxeber.az xəbər saytı

Beynəlxalq axtarışa verilən Tacikistan vətəndaşı ölkəsinə qaytarılıb


Beynəlxalq axtarışa verilmiş Tacikistan vətəndaşı, 1983-cü il təvəllüdlü İbronov Xokimcon İmomconoviçi ölkəsinə təhvil verilib.

Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Tacikistanda xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi əməlinin törədilməsində təqsirləndirilən beynəlxalq axtarışa elan edilmiş İbronov Xokimcon İmomconoviç 2025-ci ilin may ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

O, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Tacikistanın səlahiyyətli orqanına təhvil verilib.

Oxşar xəbərlər

Azərbaycan beynəlxalq axtarışda olan Tacikistan vətəndaşını ölkəsinə təhvil verib
Ekstremist fəaliyyətə görə beynəlxalq axtarışa verilən Tacikistan vətəndaşı ölkəsinə ekstradisiya olunub
Azərbaycanda saxlanılan Özbəkistan vətəndaşı ölkəsinə təhvil verilib
Azərbaycan axtarışda olan şəxsi Özbəkistana təhvil verib
Azərbaycanda həbs edilən Gürcüstan vətəndaşı ölkəsinə təhvil verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər