BOS-un yaxınlığındakı qəzada xəsarət alan şəxsin vəziyyəti açıqlanıb - YENİLƏNİB
Bakı Olimpiya Stadionunun (BOS) yaxınlığında baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxsin durumu açıqlanıb.
Bu barədə "Sizinxeber.az"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 64 yaşlı kişiyə ilkin tibbi yardım göstərilib və Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Ona hər iki aşağı ətrafın çoxsaylı cırılmış yaraları diaqnozu təyin edilib.
Zəruri tibbi xidmətlər göstərilən pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.
Sevil Seymur
Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti, Bakı Olimpiya Stadionunun yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, qəza səbəbindən həm mərkəz, həm də Aeroport şosesi istiqamətlərində nəqliyyat sıxlığı yaranıb. Sıxlığın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Oxşar xəbərlər
Bakı Olimpiya Stadionunun yaxınlığında yol qəzası olub
Aeroport yolunda qəza olub, bir nəfər ölüb, iki nəfər xəsarət alıb - YENİLƏNİB
Heydər Əliyev prospektindəki qəzada iki nəfər yaralanıb
Güclü külək səbəbindən üç nəfər xəsarət alıb: Birinin vəziyyəti ağırdır
Cəlilabadda qəzada xəsarət alanların vəziyyəti açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













