İctimai yerdə dini ayin keçirən şəxslər həbs edilib
Bir qrup şəxsin Xəzər rayonu ərazisində nəqliyyatın və piyadaların intensiv hərəkət etdiyi ictimai yerdə kütləvi dini ayin və mərasim adı altında aksiya keçirməyə cəhd göstərməklə qanunsuz hərəkətlər etməsi barədə daxil olan məlumatlar əsasında polis əməkdaşları tərəfindən əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətindən Sizinxeber.az-ya verilən məlumata görə, tədbir zamanı qeyd edilən hüquqazidd əməlləri törətməkdə təqsirli bilinən 1987-ci il təvəllüdlü Nigar Bağırova, 1984-cü il təvəllüdlü Aytən İbrahimova, 1981-ci il təvəllüdlü Şəhla Fərəcova 1975-ci il təvəllüdlü Xoşqədəm Quliyeva, 1994-cü il təvəllüdlü Şərqiyyə Sadıqova və 1973-cü il təvəllüdlü Arzu Hüseynova saxlanılıblar.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və adları çəkilən 6 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
DİN Bakıda qonşular arasında bıçaqlanma ilə bağlı məlumat yayıb - YENİLƏNİB
Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB
Bakıda 85 yaşlı kişi və arvadı qətlə yetirilib
Bakının Xəzər rayonunda bir nəfər ov tüfəngi ilə qətlə yetirilib
Bakıda narkotik satışını təşkil edən şəxslər saxlanılıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













