Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər saxlanılıb, cinayət işi başlanılıb - VİDEO » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
18 
avq
2025
12:50
0
0
1 017
ff aaaaaaa

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər saxlanılıb, cinayət işi başlanılıb - VİDEO

18 avq, 2025
12:50
1 017

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər saxlanılıb, cinayət işi başlanılıb - VİDEO

Avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.

DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.

Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.

Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul