Daşkəsəndə 16 min manatlıq mal-qara və at oğurlanıb
sizinxeber.az xəbər saytı

Daşkəsəndə 16 min manatlıq mal-qara və at oğurlanıb


Daşkəsəndə mal-qara oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan Sizinxeber.az-ya verilən məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cari ilin iyul-avqust ayları ərzində ayrı-ayrılıqda 3 vətəndaşa məxsus ümumi dəyəri 16000 manat olan 6 baş iribuynuzlu heyvanı və 2 rəst atı oğurlamaqda şübhəli bilinən, E. Əliyev, R. İsgəndərov və A. Alışanov saxlanılıb. İlkin dindirilmə zamanı saxlanılan şəxslər törətdiklər cinayət hadisəsini etiraf edərək vətəndaşa məxsus heyvanları satmaq məqsədi ilə oğurladıqlarını bildiriblər.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Daşkəsəndə 16 min manatlıq mal-qara oğurlanıb
Qaxda dələduzluq edərək 25 baş iribuynuzlu heyvanı ələ keçirən şəxs saxlanılıb
Bakıda bank kartlarından 25 min manat oğurlanıb
Tovuzda avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb
Mağazadan 20 min manat oğurlayan şəxs saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər