Xaçmazda sürücü qəzaya uğrayan avtomobildə sıxılı qalıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Xaçmaz rayonunun Ağyazı Buduq kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-dən "Report"a verilən məlumata görə, hadisə yerinə dərhal qurumun Şimal Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Kia” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1999-cu il təvəllüdlü Əlmərdanov Elvin Məzahir oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Oxşar xəbərlər
Bakıda avtomobil arakəsmələrə çırpılıb, xəsarət alan var
Xaçmazda qəzaya uğramış avtomobilin sürücüsü FHN əməkdaşları tərəfindən xilas edilib
Qəza zamanı avtomobildə sıxılı vəziyyətdə qalan sürücü xilas edilib
Qobustanda iki maşın toqquşub, xəsarət alan var
Balaxanıda ağır qəza baş verib, sürücülər sıxılı vəziyyətdə qalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













