Dövlət Sərhəd Xidməti Aparatının inzibati binasında yanğın olub
sizinxeber.az xəbər saytı

Dövlət Sərhəd Xidməti Aparatının inzibati binasında yanğın olub


Avqust ayının 17-si gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda Dövlət Sərhəd Xidməti Aparatının inzibati binasının damında yanğın baş verməsi barədə məlumat daxil olub

FHN Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın dam örtüyündə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Oxşar xəbərlər

Xırdalanda binada yanğın olub, 23 nəfər təxliyə edilib
Bakıda ağaclıq sahədə baş vermiş yanğın söndürülüb
Şabranda açıq ərazidə baş verən yanğın söndürülüb
Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb - YENİLƏNİB
Bakıda kafedə yanğın olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər