Şəkidə "Mercedes" ağaca çırpılıb, ana və iki azyaşlı övladı xəsarət alıb
Şəkidə "Mercedes" ağaca çırpılıb, ana və iki azyaşlı övladı xəsarət alıb.
Sizinxeber.az-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə saat 15 radələrində Şəkiyə giriş avtomobil yolunun Çeşməli kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq ağaca dəyib. Qəza zamanı avtomobildə olan sərnişin, rayonun Daşüz kənd sakini 28 yaşlı Rəvanə Qurbanova, onun iki azyaşlı övladı 5 yaşlı İnci və 1 yaşlı Ayla Qurbanova xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdiriliblər. Yaralılara xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Şəkidə avtomobil ağaca çırpılıb, ana və iki azyaşlı övladı xəsarət alıb
Qaxda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
Şəkidə bir gündə iki qəza, xəsarət alanlar var - VİDEO
Şəkidə yol qəzası baş verib, xəsarət alan var
Qaxda avtomobil ağaca çırpılıb, körpə ölüb, 25 yaşlı qadın və azyaşlı övladı xəsarət alıb - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













