Balakəndə camış sahibini öldürüb
sizinxeber.az xəbər saytı

Balakəndə camış sahibini öldürüb


Balakəndə camış sahibini öldürüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun İtitala kəndində baş verib. Kənd sakini 65 yaşlı Həlimət Məmməd qızı Hüseynovanı yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsində camış vuraraq, müxtəlif dərəcəli ağır bədən xəsarətləri yetirib.

H. Hüseynova Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

H. Hüseynova ötən gün aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər

Balakəndə məktəbli qız intihar edib
Balakəndə qəza olub, sürücü ölüb
Balakəndə qəza olub, sürücü ölüb - YENİLƏNİB
Şəkidə 64 yaşlı məktəb direktoru rabitə dirəyindən yıxılıb
Şəkidə avtomobil 15 yaşlı yeniyetməni vuraraq öldürüb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər