Maşınında soyuq silah saxlayan və narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib - VİDEO
sizinxeber.az xəbər saytı

Maşınında soyuq silah saxlayan və narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib - VİDEO


Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən avtomobili dövlət qeydiyyat nişanı olmadan, xüsusi səs və sayrışan işıqlardan istifadə edərək, eləcə də nəqliyyat vasitəsinin şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər (plyonka) çəkən “Opel” markalı avtomobilin sürücüsünə “saxla” işarəsi verilib.

APA xəbər verir ki, sürücü Vasif Hüseynli polisin qanuni əmrinə tabesizlik göstərərək ərazidən yayınmağa çalışsa da yol polisləri tərəfindən görülən tədbirlər nəticəsində saxlanılıb. Sürücünün bu hərəkətləri və abtomobili dövlət qeydiyyat nişanı olmadan idarə etməyi müşahidə kameraları vasitəsilə də görüntülənib. Tibbi müayinə zamanı həmçinin, sürücünün avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi də müəyyən olunub. Həmçinin, sürücünün avtomobilinə baxış zamanı əsa formasında xüsusi olaraq hazırlanmış qadağan olunan kəsici-deşici alət olan xəncər də aşkarlanıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə V.Hüseynli 20 sutka inzibati qaydada həbs edilib.

Oxşar xəbərlər

Narkotikin təsiri altında motosiklet sürən şəxs saxlanılıb - VİDEO
Ağsuda narkotik istifadəçisi olan sürücü həbs olunub
Yol polisinin qanuni tələbinə riayət etməyən sürücü həbs edilib - VİDEO
Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
Konstruksiya dəyişikliyi edilən avtomobili “Tik-Tok”-da paylaşan sürücü həbs edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər