Ağsuda narkotik istifadəçisi olan sürücü həbs olunub
Ağsuda narkotik istifadəçisi olan sürücü həbs olunub.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Sizinxeber.az-ya verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə “Toyota” markalı avtomobilin sürücüsü Fərəc İsgəndərzadə işıq cihazlarından istifadə qaydalarını pozduğu üçün ona “saxla” işarəsi verilib.
Ancaq F.İsgəndərzadə polisə tabesizlik göstərərək ərazidən uzaqlaşıb. Keçirilən tədbirlərlə həmin şəxs saxlanılıb və müayinə zamanı onun narkotik vasitənin təsiri altında avtomobil idarə etdiyi müəyyənləşib.
F.İsgəndərzadə barəsində toplanmış material baxılması üçün rayon məhkəməsinə göndərilib və o, 15 gün müddətinə inzibati qaydada həbs olunub.
Oxşar xəbərlər
Beyləqanda sərxoş halda maşın sürən şəxs həbs edilib
Avtomobili narkotik vasitənin təsiri altında idarə edən Astara sakini həbs edilib
Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
Saatlıda narkotik vasitələrin təsiri altında avtomobil idarə edən 2 sürücü həbs edilib
Göyçayda narkotiklərin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













