Cəlilabadda qadın qətlə yetirilib, polis qaynını axtarır - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Cəlilabadda qadın qətlə yetirilib, polis qaynını axtarır - YENİLƏNİB


Cəlilabadda 62 yaşlı Tərbiyə Nəriman qızı Nərimanovanı qətlə yetirməkdə şübhəli bilinən Təhmasib Tərxan oğlu Əliyev polis əməkdaşları tərəfindən axtarılır.

Sizinxeber.az-nın cənub bürosunun verdiyi xəbərə görə, qətl ailədaxili münaqişə zəminində baş verib.

Qeyd edək ki, Təhmasib Əliyev ölən qadının qaynı olub.

***

10.50

Bu gün Cəlilabadda qətl hadisəsi baş verib, 62 yaşlı qadın öldürülüb.

Sizinxeber.az-nın cənub bürosunun əldə etdiyi xəbərə görə, qətlə yetirilən kənd sakini 1963-cü il təvəllüdlü Tərbiyə Nəriman qızı Nərimanovadır. Qadının qaynı Təhmasib Tərxan oğlu Əliyev tərəfindən qətlə yetirildiyi deyilir.

Qətlin hansı səbəbdən baş verdiyi araşdırılır.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

***

10.36

Cəlilabadda qətl hadisəsi baş verib.

Sizinxeber.az-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Alar kəndində qeydə alınıb. Kənd sakini olan orta yaşlı qadın qətlə yetirilib.

Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Cəlilabadda qadın qaynı tərəfindən qətlə yetirilib - YENİLƏNİB
Cəlilabadda 62 yaşlı qadın qətlə yetirilib, qaynı şübhəli bilinir - YENİLƏNİB 
Cəlilabadda qadın qətlə yetirilib
Cəlilabadda 37 yaşlı kişi ürəyindən bıçaqlanaraq qətlə yetirilib
Ağtafada 61 yaşlı qadın qətlə yetirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər