Xırdalanda fərdi yaşayış evində yanğın olub - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, Süleyman Rüstəm küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Sizinxeber.az xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində evdə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində hər mərtəbəsi 90 m² olan ikimərtəbəli fərdi yaşayış evinin mətbəxinin yanar konstruksiyaları 10 m² sahədə yanıb.
Evin böyük hissəsi yanğından mühafizə olunub.
Oxşar xəbərlər
Masallıda evdə yanğın baş verib - VİDEO
Masallıda ev yanıb - VİDEO
Qazaxda 2 mərtəbəli evdə yanğın olub - VİDEO
Qazaxda ev yanıb
Bakıda yaşayış evində yanğın baş verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













