sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
FHN: Qazaxda 80 ha sahədə quru ot və kol-kos yanıb
Fövqəladə Hallar Nazirliyi Qazaxın Xanlıqlar kəndində baş verən yanğınla bağlı məlumat yayıb.
FHN-in Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən məlumatda bildirilib ki, Qazax rayonunun Xanlıqlar kəndində açıq ərazidə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə FHN-in qüvvələri cəlb olunub.
Xəbərə görə, əməliyyat şəraitinə uyğun həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş əraziyə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində təxminən 80ha sahədə quru ot və kol-kos yanıb.
Yaxınlıqdakı tikililər və meşə ərazisi yanğından mühafizə edilib.
Oxşar xəbərlər
Qazaxda açıq ərazidəki yanğın söndürülüb
Gədəbəydə 100 ha sahədə quru ot və kol-kos yanıb
Qazaxda açıq ərazidə baş verən yanğın söndürülüb - YENİLƏNİB-1 - VİDEO - FOTO
Qazaxda baş verən yanğınlarla bağlı helikopterlər cəlb olunub - YENİLƏNİB - VİDEO - FOTO
Masallıda meşədə yanğın olub - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













