Lənkəranda çay fabriklərindən birində lift qırıldığı üçün xəsarət alan işçinin vəziyyəti ağırdır - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Lənkəranda çay fabriklərindən birində lift qırıldığı üçün xəsarət alan işçinin vəziyyəti ağırdır - YENİLƏNİB


15.08.2025-ci il tarixində saat 11:00 radələrində

Lənkəran rayonunda baş vermiş hadisə nəticəsində 1 nəfər (kişi cinsli) dəqiqləşdirilməmiş qapalı kəllə-beyin travması, döş qəfəsi və qarın boşluğunun küt travması, sol qaşüstü nayihənin və sol qulaq seyvanının əzilmiş-deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir.

12:47

Lənkəranda çay fabriklərindən birində işçi istehsalat qəzası nəticəsində xəsarət alıb.

“Sizinxeber.az”un Cənub bürosu xəbər verir ki, hadisə rayonunun Sütəmurdov kəndində qeydə alınıb.

Belə ki, Lənkəranın Aşağı Nüvədi kənd sakini, 1969-cu il təvəllüdlü Bəxtiyar Baldadaş oğlu Məmmədov ilkin ehtimala görə müəssisənin liftinin qırılması nəticəsində xəsarət alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Lənkəranda çay fabriklərindən birində lift qırılıb, işçi xəsarət alıb
Lənkəranda 43 yaşlı kişi bıçaqlanıb - YENİLƏNİB
Lənkəranda 43 yaşlı kişi bıçaqlanıb - FOTO - YENİLƏNİB
Lənkəranda 31 yaşlı kişi işlədiyi emalatxanada yıxılaraq ölüb
Lənkəranda yük avtomobili idarəetməni itirərək çaya düşüb - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər