Bostan bitkilərinin arasında çətənə kolu yetişdirməkdə təqsirləndirilən şəxs həbs olunub
sizinxeber.az xəbər saytı

Bostan bitkilərinin arasında çətənə kolu yetişdirməkdə təqsirləndirilən şəxs həbs olunub


İsmayıllı rayonunda bostan bitkilərinin arasında çətənə kolu yetişdirməkdə təqsirləndirilən şəxs həbs olunub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, tədbirlərlə 55 yaşlı Aydın Allahverdiyev saxlanılıb. Onun həyətyanı sahəsindən bostan bitkilərinin arasında əkdiyi 76 ədəd çətənə bitkisi aşkarlanıb. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri satmaq məqsədilə yetişdirdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, A.Allahverdiyev barəsində həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər

Qaxda çətənə kolu yetişdirməkdə şübhəli bilinən şəxs tutulub
Göyçayda çətənə kolu yetişdirən iki nəfər saxlanılıb
Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Lerikdə meşədə narkotik tərkibli bitkilər yetişdirməkdə təqsirləndirilən şəxs həbs olunub
Qaxda çay sahilində çətənə kolu yetişdirən şəxs tutulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər