Naxçıvanda yol qəzasında Maliyyə İdarəsinin sektor müdiri və daha bir nəfər ölüb - FOTO - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Naxçıvanda yol qəzasında Maliyyə İdarəsinin sektor müdiri və daha bir nəfər ölüb - FOTO - YENİLƏNİB


Babək rayonunda dünən baş verən yol qəzasında ölənlərdən biri Naxçıvan Şəhər Maliyyə İdarəsinin Xəzinə əməliyyatı sektorunun müdiri olub.

Sizinxeber.az-nın yerli bürosunun xəbərinə görə, sektor müdiri Möhlət Zamanov hadisə yerində ölüb.

***

00.49

Babək rayonunun Qahab kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sizinxeber.az xəbər verir ki, 33 yaşlı Zamanov Möhlət Baxtıcamal oğlunun idarə etdiyi 68 BK 944 dövlət qeydiyyat nişanlı “Mercedes-Benz” markalı avtomobil 67 BM 473 dövlət qeydiyyat nişanlı “Ford” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində Babək rayon Qahab kənd sakini Zamanov Möhlət Baxtıcamal oğlu və Babək rayon Naxışnərgiz kənd sakini, 27 yaşlı Zamanov Mənsur Mərdan oğlu hadisə yerində həyatını itirib.

Avtomobildə olan digər sərnişin, Naxışnərgiz kənd sakini 30 yaşlı Zamanov Şöhrət Aydın, ağır bədən xəsarətləri alaraq Naxçıvan Muxtar Respublikası xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisə yerinə Daxili İşlər Nazirliyinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Xilasetmə Qrupu cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Babək rayonunda ağır qəza baş verib, ölənlər var - FOTO
Naxçıvanda ağır yol qəzasında avtomobil hissələrə bölünüb, iki nəfər ölüb
Naxçıvanda ağır yol qəzasında avtomobil hissələrə bölünüb, iki nəfər ölüb - VİDEO
Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb - FOTO
Naxçıvan şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər