Gürcüstanda Azərbaycan vətəndaşı qanunsuz sərhəd keçidinə görə saxlanılıb
sizinxeber.az xəbər saytı

Gürcüstanda Azərbaycan vətəndaşı qanunsuz sərhəd keçidinə görə saxlanılıb


Gürcüstanda Azərbaycan vətəndaşı qanunsuz sərhəd keçidinə görə saxlanılıb.

“Sizinxeber.az”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Kvemo Kartli Polis Departamentinin əməkdaşları keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Gürcüstanın dövlət sərhədini qanunsuz keçməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıb.

İlkin araşdırmalara görə, 1998-ci il təvəllüdlü Ç.G. sərhəd nəzarət məntəqəsindən yan keçərək qanunsuz şəkildə Gürcüstan ərazisinə daxil olub. Hüquq-mühafizə orqanları onu Tbilisi–Marneuli yolunda avtomobil idarə edərkən saxlayıblar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsi ilə cinayət işi başlanılıb.

Oxşar xəbərlər

Gürcüstanda qətl hadisəsinə görə Türkiyənin iki vətəndaşı saxlanılıb
Avropaya getmək üçün Azərbaycan sərhədini pozmağa cəhd edən əcnəbilər saxlanılıb
Azərbaycandan keçməklə qanunsuz yolla Avropa ölkələrinə getmək istəyən sərhəd pozucuları saxlanılıb
Gürcüstanda qətl hadisəsinə görə Türkiyə vətəndaşları saxlanılıb
Gürcüstanda narkotikə görə 23 nəfər saxlanılıb, aralarında Azərbaycan vətəndaşı da var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle