Hirkan Milli Parkında yanğın təhlükəsizliyinə dair nəzəri-praktik tədbir keçirilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
15 
avq
2025
10:30

Hirkan Milli Parkında yanğın təhlükəsizliyinə dair nəzəri-praktik tədbir keçirilib

15 avq, 2025
10:30
629

Hirkan Milli Parkında yanğın təhlükəsizliyinə dair nəzəri-praktik tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hirkan Milli Parkı ilə birgə “Meşə fondu və xüsusi mühafizə olunan ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi” mövzusunda nəzəri-praktiki tədbir keçirib.

Bu barədə "Report"a FHN-dən məlumat verilib.

Bildirilib ki, Hirkan Milli Parkında keçirilən tədbirə Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin aidiyyəti yerli qurumları cəlb edilib.

Tədbirin nəzəri hissəsində açıq ərazilərdə yanğın hadisələrinin baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsinin əhəmiyyətindən danışılıb, yanğınla mübarizə istiqamətində maarifləndirmə işlərinin aparılmasının vacibliyi diqqətə çatdırılıb, birgə əməkdaşlığın daha da genişləndirilməsinə dair məsələlər müzakirə olunub.

Tədbirin praktiki hissəsində şərti olaraq baş vermis meşə yanğınının qarşısının alınması, eyni zamanda xüsusi texnika vasitəsilə meşə ətrafında 6-8 metr enində ərazinin şumlanaraq təhlükəsizlik zolağının yaradılması əyani şəkildə tədbir iştirakçılarına nümayiş etdirilib.

Bizimlə əlaqə saxlayın