Naxçıvanda ağır yol qəzasında avtomobil hissələrə bölünüb, iki nəfər ölüb - VİDEO
sizinxeber.az xəbər saytı

Naxçıvanda ağır yol qəzasında avtomobil hissələrə bölünüb, iki nəfər ölüb - VİDEO


Naxçıvanda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Sizinxeber.az”un yerli bürosu xəbər verir ki, hadisə Babək rayonunun Qahab kəndi ərazisində qeydə alınıb.

Belə ki, 33 yaşlı Zamanov Möhlət Baxtıcamal oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil “Ford” markalı nəqliyyat vasitəsilə toqquşub.

Nəticədə Babək rayon Qahab kənd sakini, Zamanov Möhlət Baxtıcamal oğlu və 27 yaşlı Babək rayon Naxışnərgiz kənd sakini, Zamanov Mənsur Mərdan oğlu hadisə yerində dünyasını dəyişib.

Avtomobilin digər sərnişini, Naxışnərgiz kənd sakini, 30 yaşlı Zamanov Şöhrət Aydın isə ağır bədən xəsarətləri ilə Naxçıvan Muxtar Respublika xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu deyilir. .

Hadisə yerinə Daxili İşlər Nazirliyinin əməkdaşları və FHN-nin Xüsusi xilasetmə qrupu cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, yol qəzasında “Mercedes” markalı avtomobil hissələrə bölünüb.

Oxşar xəbərlər

Babək rayonunda ağır qəza baş verib, ölənlər var - FOTO
Naxçıvanda ağır yol qəzasında avtomobil hissələrə bölünüb, iki nəfər ölüb
Naxçıvanda iki avtomobil toqquşub, xəsarət alanlar var
Naxçıvanda piyadanı avtomobillə vuran sürücünün özü də xəstəxanalıq olub
Şəmkirdə yol qəzasında 5 nəfərin ölümü ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle