Babək rayonunda ağır qəza baş verib, ölənlər var - FOTO
sizinxeber.az xəbər saytı

Babək rayonunda ağır qəza baş verib, ölənlər var - FOTO


Babək rayonunun Qahab kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, 33 yaşlı Zamanov Möhlət Baxtıcamal oğlunun idarə etdiyi 68 BK 944 dövlət qeydiyyat nişanlı “Mercedes-Benz” markalı avtomobil 67 BM 473 dövlət qeydiyyat nişanlı “Ford” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində Babək rayon Qahab kənd sakini Zamanov Möhlət Baxtıcamal oğlu və 27 yaşlı Babək rayon Naxışnərgiz kənd sakini Zamanov Mənsur Mərdan oğlu hadisə yerində həyatını itirib.

Avtomobildə olan digər sərnişin, Naxışnərgiz kənd sakini 30 yaşlı Zamanov Şöhrət Aydın, ağır bədən xəsarətləri alaraq Naxçıvan Muxtar Respublikası xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisə yerinə Daxili İşlər Nazirliyinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Xilasetmə Qrupu cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Naxçıvanda ağır yol qəzasında avtomobil hissələrə bölünüb, iki nəfər ölüb
Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb - FOTO
Naxçıvan şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb
Naxçıvanda yol-nəqliyyat hadisəsi zamanı 17 yaşlı qız xəsarət alıb - FOTO
Babək rayonunda çağırışa gedən təcili tibbi yardım avtomobili qəzaya uğrayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle